"Kapital Bank" təhsil işçiləri üçün “Payız fürsəti” adlı stimullaşdırıcı lotereya keçirir.
Bankdan verilən məlumata görə, 2 noyabr tarixində keçirilən lotereyanın ilk tirajında 255 təhsil işçisi müxtəlif pul mükafatları qazanıb. Qaliblərin siyahısı bankın saytında qeyd olunub.
Şərtlərə görə, "Kapital Bank" kartları ilə məvacib alan təhsil işçiləri 30 noyabr 2017-ci il tarixinədək, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.
4 dekabr 2017-ci il tarixlərində keçiriləcək ikinci tiraj zamanı daha 255 müxtəlif pul mükafatları sahiblərini tapacaq. Lotereyanın sonunda isə 1 təhsil işçisi 3000 AZN əldə edəcək. İştirak qaydaları ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tehsil-lotereya.
Bundan başqa, "Kapital Bank"ın “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası da 30 noyabr 2017-ci il tarixədək davam edir. Aksiya çərçivəsində "Kapital Bank" kartları ilə məvacib alan təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək məbləğdə kreditlər isə zaminsiz verilir. Kreditin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı və şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
trend