Səhiyyə forumuna qeydiyyat başlanıb
3.11.2017

Noyabrın 15-də Caspian Energy Forum-un Səhiyyə Nazirliyinin dəstəyilə keçiriləcək səhiyyəyə həsr olunmuş xüsusi sessiya (Caspian Energy Medical Forum) iştirakçılarının qeydiyyatı başlayıb.

Caspian Energy Forumdan bildiriblər ki, forumun bütün iştirakçı şirkətləri Caspian European Club-un idarə heyətinə keçiriləcək seçkilərdə iştirak etmək üçün bülleten əldə edəcəklər. Seçkilərin nəticəsi eyni gün təşkil olunacaq ənənəvi CEO Lunch Baku-da açıqlanacaq.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum neft və qeyri-neft sektoru şirkətlərinin biznes əlaqələrinin qurulması, problem və təkliflərinin müzakirəsi üçün ənənəvi meydan rolunu oynayır.

Qeyd edək ki, dünyanin 50 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Caspian Energy İnternational Media Group-un və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi İlə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin orta və kiçik biznesin və startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.

azertag.az