"Azər Türk Bank"dan metropoliten işçilərinə şad xəbər
3.11.2017

Daim müştərilərinin rahatlığını düşünən Dövlət bankı "Azər Türk Bank" Bakı metropoliteninin istismara verilməsinin 50-ci ildönümü və Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib.

Bu barədə bankdan məlumat verilib.

"Azər Türk Bank" tərəfindən 6-20 noyabr tarixləri ərzində "Bakı Metropoliteni" QSC-nin əməkdaşlarına nağd kreditlər tamamilə komissiyasız və sığorta xərci olmadan təklif ediləcək. “Korporativ” kredit məhsulu çərçivəsində verilən vəsaitin maksimal məbləği 10 000 AZN-dir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

trend