İslam İnkişaf Bankı 2013-2014-cü tədris ili üzrə üzv ölkələrin vətəndaşlarına yeni proqram təklif edir
6.12.2012

İslam İnkişaf Bankı 2013-2014-cü tədris ili üzrə bu təşkilata üzv olan ölkələrin vətəndaşları üçün yeni proqram təklif edir.

Təhsil Nazirliyindən çərşənbə günü verilən məlumata görə, proqram dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsilini və doktoranturadan sonrakı tədqiqat işi aparılmasını nəzərdə tutur.

Təqaüd proqramı ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək.

Proqramda iştirak etmək istəyənlər sənədlərini dekabrın 24-dək Təhsil Nazirliyinə təqdim edə bilərlər.

trend.az