"Myvideo" internet media-platforması vasitəsilə xarici telekanalların yayımı ödənişli olacaq.
Bu barədə "Myvideo" layihəsinin rəhbəri Əli Əliyev deyib.
Onun sözlərinə görə, aylıq 10 manat abunə haqqı müqabilində istifadəçilərə TV paket təklif olunacaq:
"Yerli telekanallar Myvideo.az internet-platforması, mobil əlavə və KATV1 dekoderi vasitəsilə yenə də əlçatan olacaq".
Ə.Əliyev bildirib ki, Myvideo.az platforması yerli telekanalların bütün dünyada yayımını təmin etmək üçün nəzərdə tutulub: "Yaxın günlərdə platformada milli radiokanalların yayımı da təşkil olunacaq".
Qeyd edək ki, Myvideo.az vasitəsilə telekanalların 10 günlük arxivindən istifadə etmək mümkündür.
trend