İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Pirallahı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, SKMF-in Pirallahıda keçirdiyi işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Pirallahı rayonu üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Həmin istiqamətlərə startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq və badamçılıq təsərrüfatlarının yaradılması və corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması daxildir.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
E-poçt: info@anfes.gov.az
report.az