Xalq Artisti Fatma Mahmudova üç gün tamaşaçılar qarşısında
6.11.2017

Azərbaycan Dövlət Musiqili Teatrında reallaşan “3 gün sizinlə” adlı layihə uğurla davam edir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, layihə çərçivəsində Xalq Artisti Fatma Mahmudova üç gün tamaşaçıların qarşısına çıxıb. Belə ki, aktrisa E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Bağdagül, R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində Səkinə, Elçinin “Baladadaşın toy hamamı” musiqili-lirik komediyasında isə Zibeydə obrazını canlandırıb.

Səhnə əsərlərində onun tərəf müqabilləri Xalq Artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov və başqaları çıxış ediblər.

Hər üç səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

azertag.az