Gəncə şəhərində dünya gənclər festivalı keçiriləcəkdir
18.8.2011

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 15-dən 20-dək Gəncə şəhərində dünya gənclər festivalı keçiriləcəkdir.
Qurumun mətbuat xidmətindən bildirilmişdir ki, “Dünya gənclər festivalı – Azərbaycanı tanı” adlı festivalda 50-dən çox ölkədən 100 gənc iştirak edəcəkdir. Əsas məqsəd müxtəlif ölkələrdən olan gəncləri Azərbaycanın tarixi və mədəniyyəti, adət-ənənələri barədə məlumatlandırmaq və dünyaya sülh mesajı göndərməkdir.
Festivalda “Münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu”, “Gənclər siyasəti”, “İncəsənət, idman və mədəniyyət” mövzuları üzrə müzakirələr aparılacaqdır.
Ətraflı məlumatı www.worldyouthfestival.az saytından əldə etmək mümkündür.