Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Somalidə aclıqdan
əziyyət çəkənlər üçün elan edilmiş yardım kampaniyası dayandırılıb. Bu
barədə AzQAC-ın prezidenti, millət vəkili Novruz Aslanov məlumat verib.
APA-ya istinadən verilən məlumata görə, kampaniya çərçivəsində
Azərbaycan vətəndaşlarından 20 min ABŞ dolları məbləğində ianə toplanıb.
AzQAC və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin arasındakı anlaşmaya müvafiq
olaraq həmin vəsait Somali Qızıl Xaç Komitəsinin hesabına köçürülüb.