Günün qoroskopu
6.12.2012

Qoç - əvvəlki günlərdə yaranmış və yaşanmış müəmmalı situasiyalar indi aydınlaşır. Bundan sonra necə hərəkət etmək gərəkdiyini biləcəksiniz.
Maraqlı işgüzar təklif ala bilərsiniz.
Təklif maliyyə durumunuzun dərhal yaxşılaşmasına rəvac verməyəcək. Amma yetərincə cazibədardır.

Yeni sahədə və ya işdə karyeranı başlamaq olar.
Ailə üzvləri, valideynlər və qohumlarla münasibətlərdə irəliləyiş müşahidə olunacaq.
Sevdiyiniz insanlarla təmaslarınızdakı sərinlik aradan qalxacaq.
Əvvələr sürəkli mübahisə etdiyiniz insanla münasibətlərin normallaşma şansı var.

Buğa - sizə çox yaxın insanla münasibətlərdə nəyi isə dəyişmək zamanıdır. Həqiqəti olduğu kimi qəbul etmək asan olmasa da, başqa çıxış yolu yoxdur: labüd addımı atın. Ətrafınızda baş verənləri, yaşanan hadisələri anlamağa, təhlil etməyə çalışın. Hər hansı addımı sonra da atmaq olar.

Dəyişikliklərlə bağlı sizdə ilkin mərhələdə narahatlıq yarana bilər. Amma bu situasiyadan mənfəət və ya xeyir əldə edə bilərsiniz.

Yaşlı qohumlarınızla münaqişələr mümkündür. Ailədəki mübahislər ağırlaşa bilər. Vaxtında geriyə addım ataraq güzəştə və ya kompromisə razılaşmasanız, vəziyyət daha da ciddiləşəcək.

Əkizlər - tələsin: bu gün uğurlarınızın rəhni sizin mühüm qərarı dərhal qəbul etmək bacarığınızdan asılıdır.
Çaşqın və pərişan olmayın, dərin fikirlərə dalmayın, dalğınlıq nümayiş etdirməyin. Astagəl olsanız, maraqlı imkanlardan başqaları yararlanacaq, uğura başqası nail olacaq.

Maliyyə ilə risk etməyin, gərəksiz əşyalar almayın, bədxərclik etməyin.

Ailə üzvləri və yaxınlarınızla ünsiyyət istədiyiniz forma ilə məcrada olmayacaq. Yaxınlarınız sizə həyatı yaşamağı öyrədəcəklər. Halbuki belə məsləhətlər sizi bezdirib.
"Niyə evlənmirsən?!", "Niyə ərə getmirsən?" kimi usandırıcı suallara cavab verməyin.

Xərçəng - intellektual məşğuliyyət üçün əlverişli gündür.
Ciddi ədəbiyyatın mütailəsi, elmi tədqiqatlar, xarici dillərin öyrənilməsi - bilik və bacarıqlarınızı tətbiq edəcəyiniz sahələr az deyil.

İncəsənətə qəflətən yenidən maraq oyana bilər.
İşdə həmkarlarınızın hərəkətlərini qətiyyən təkrarlamayın, hansısa qruplaşmaya dəvət alsanız, qatılmayın.

İş yoldaşlarınız Yeni İl öncəsi bir yerə yığışmaq istədiklərini deyəcəklər və konkret təklif də səslənəcək. Bu təklifi cavablandırmazdan əvvəl ailə üzvləri ilə məsləhətləşin.

Günün ikinci yarısı aktiv çalışın.
İşdən çıxandan sonra nəqliyyata və ya avtomobilə tələsməyin, bir qədər gəzişin.

Sevdiyiniz insanla münasibətlər rəvandır. O, sizə yardım etməyə hazırdır.
Yeni tanışlıqlar isə sizi sevindirməyəcək.

Şir - bu gün yaranacaq situasiya birmənalı olmayacaqsa da, günün sonlarına yaxın nələr baş verdiyini anlayacaq və hadisələrin məzmmuna yerli-yataqlı bələd olacaqsınız.
Köhnə dostlar və müttəfiqlər sizi dəstəkləməyə hazırdırsa, yeni işə başlamaq olar.
Təkbaşına işləmək fikriniz varsa, tələsin, fürsəti fövtə verməyin.
Kiçik məbləğdə gəlirlər istisna deyil.

Qeyri-rəsmi ünsiyyət üçün əlverişli gündür. İstənilən görüşü qeyri-rəsmi şəraitdə keçirin.
Qonaqlar gələcək. Onlarla söhbətləşin, işi və ya problemləri bəhanə edib qonaqpərvərlikdən yayınmayın.

Qız - bu gün dəyərli və aktual məlumat əldə edə biləcəksiniz. Həmin məlumatdan öz maraqlarınız üçün nə qədər tez istifadə etsəniz, bir o qədər yaxşıdır. Zaman bədxahlarınız və düşmənlərinizin xeyrinə işləyir.
Yeni işlərə başlamaq, əməkdaşlıq üçün tərəfdaş tapmaq, biznes və ya kommersiyaya pul yatırmaq olar. Perspektiv saydığınız sahələrə maliyyə ayıra bilərsiniz.

Bu gün şəxsi həyatda yaxşı xəbərlər eşidə bilərsiniz. Çoxdan arzuladığınız iş reallaşa bilər və niyyətiniz də çin olar.
Hissiyatınıza inanın. O, ən mürəkkəb və çətin anlarda belə, sizi aldatmayacaq.

Tərəzi - bu gün uğur sizin tərəfinizdə olmasa da, işləriniz, ümumiyyətlə, pis getməyəcək. Çətin tapşırıqların öhdəsindən gəlməyə çalışın. Tam dəqiqliklə bildiyiniz faktları müqayisə edin, ilk baxışdan təsadüfi təsir bağışlayan hadisələr arasındakı əlaqə və rabitəni duymağa çalışın.

Hissiyatınız çox güclü olsun, bəzi hadisələri əvvəlcədən təxminləməyə səy göstərin.
Gələcəyinizə təsir edə biləcək qərarlar qəbul edə bilərsiniz.

Günün ikinci yarısında yaşam potensialınızın azaldığını, güc və enerji səviyyəsinin aşağı düşdüyünü hiss edəcəksiniz.

Axşam saatlarında qəhrəmanlıq etməyə çalışmayın.
İstirahət edin, vaxtınızı sevimli işinizə və ya məşğuliyyətinizə həsr edin.

Əqrəb - işdə və ya ixtisas sahəsində uğur qazanmaq istəyirsinizsə, qətiyyətli, inadkar və mətin olun. Bu məziyyətlər olmadan gərəkli nəticə əldə etmək çətin olacaq.

Çox ciddi rəqabətdə iştirak etmək məcburiyyəti ilə qarşılaşacaqsınız. Qələbəyə yalnız hiyləgərliklə nail ola bilərsiniz.

Günün maliyyə fonu qənaətbəxş deyil. Xərcləriniz nəzərdə tutduğunuz məbləğdən artıq olacaq.
Sevdiyiniz insan sizdən qayğı və diqqət gözləyir - bunu unutmayın.
Münaqişələrə yol verməməyə çalışın.
Münasibətlərin gərginləşməsi istisna deyil.

Oxatan - bu gün çoxsaylı maraqlı hadisələr baş verə bilər. Həmin hadisələr arzuladığınız formada və məcrada baş verməsə də, sürprizlərin əksəriyyəti sizi sevindirəcək.
İşlə bağlı cazibədar təkliflər ala bilərsiniz. Ağır işdən və yeni tapşırıqlardan, məsuliyyətdən qorxmayın. Bütün işlərin öhdəsindən gələ bilərsiniz.

İşgüzar nüfuzunuz artacaq. Daha təcrübəli insanlar belə, sözlərinizə diqqət verəcəklər.

Ailədə hər şey qaydasında deyil, münaqişələr mümkündür. Maliyyə durumunuz yaxşı deyilsə, işlər lap çətinləşəcək. Pul məsələsi çox ciddidir.
Valideynlər övladları ilə bu gün dil tapa bilməyəcəklər.

Oğlaq - tələskənlik və sürət tələb etməyən işlərlə məşğul olmaq üçün əlverişli gündür. Uzun müddətdən bəri yığılıb qalmış işləri tələsmədən, düşünərək, aramla, soyuqqanlı şəkildə həll edin.

Gün başgicəlləndirci emosiyalar vəd etməyə də bilər. Baş verən hadisələr məqbuldur. Yaşanan olaylar nəticəsində dürüst nəticələrə gələcək, doğru nəticələr çıxaracaq, gələcəklə bağlı planları hazırlayacaq, dost və düşməni ayıracaqsınız.

Yaradıcılıqla məşğul olan insanlar yaxşı çalışa bilərlər. Fəaliyyət sahəsini dəyişmək barədə fikirlərə aldanmayın. Hobbini iş, işi də həyat saymayın.

Dolça - gün istədiyiniz kimi keçməyəcək. Əvvəlcədən planlaşdırdığınız bəzi işləri təxirə salmalı olacaqsınız. Lakin kefinizi pozmayın, vaxt gələcək, bu işlərin hamısını başa vuracaqsınız.
Rəhbərliklə danışıqlar, nüfuzlu insanla görüş üçün əlverişli gündür.
Daşınmaz əmlakla bağlı məsələlərin müzakirəsi, gərəkli sənədləşdirmənin aparılması üçün əsl vaxtdır.

Şəxsi həyatınızda yaşanan ən kiçik hadisəyə belə, lazım olduğundan artıq səviyyədə reaksiya verməyin.
Sevdiyiniz insanla küsüşə bilərsiniz. Tezliklə barışın, yoxsa mənfi emosiyaların qalıqları sonrakı əlaqələrə ciddi təsir edəcək.

Balıqlar - qüvvə və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Belə davranışınız kənardakı insanlara maraqlı, sizə də faciəli və ya fəlakətli vəziyyətin yaranmasına səbəb ola bilər.

Geri çəkilməyin, təslim olmayın. Qarşınızda xeyli imkanlar yaranır. Onları vaxtında görməyə və dəyərləndirməyə, situasiyadan baş çıxarmağa səy göstərin.

Yaxın insanlarla mübahisələrin sayını minimuma endirin. Bu gün başlayacaq mübahisəni konstruktiv keçirin, hamını təmin edə biləcək qərara nail olun.
Gün sevimli insanla ciddi məsələlərin müzakirəsi üçün əlverişlidir.

Milli.Az