Tbilisidə "Аrtisterium 2017" illik beynəlxalq müasir incəsənət sərgisi açılıb.
Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə istinadla xəbər verilir ki, "Аrtisterium 2017"nin proqramına uyğun olaraq, noyabrın 7-də "Üz-üzə" beynəlxalq sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş olunacaq.
Sərgidə Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Böyük Britaniya, Koreya Respublikası, Almaniya, İsveçrə, Finlandiya, Gürcüstan, Ukrayna, Yunanıstan, Yaponiya və Türkiyədən rəssamlar iştirak edir. Bu il "Artisterium" adəti üzrə gürcü və xarici rəssamların sərgisini, eyni zamanda, müxtəlif təhsil və mədəni proqramlar təqdim edəcək.
Sərgi noyabrın 14-dək davam edəcək.
Qeyd edək ki, "Artisterium" Cənubi Qafqazda müasir incəsənətə həsr olunmuş ən genişmiqyaslı sərgidir. Artıq onuncu dəfədir keçirilən sərgi yubileylə əlaqədar "N 10" adlandırılıb.
azertag.az