Azərbaycanda notariuslara lazım olan məlumatları elektron sorğu vasitəsilə əldə etmək hüququ verilir.
Milli Məclisdən verilən məlumata görə, bununla əlaqədar "Notariat haqqında" qanuna dəyişikliklər edilir.
Bu dəyişikliklərlə notariuslar notariat hərəkətlərin aparılması və bununla əlaqədar elektron xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri elektron sorğular göndərərək elektron informasiya sistemləri vasitəsilə ilə real vaxt rejimində əldə etmək hüququ qazanırlar.
Layihədə elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş məlumat və sənədlərin mötəbərliyinin təsdiqi məqsədi ilə həmin məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiq edilməsi tələbi nəzərdə tutulub.
Layihədə eyni zamanda notariusların dövlət torpaq kadastrından məlumat almaq hüququ təsbir edilib.
Belə ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, notariusların vergi agenti qismində çıxış etmələri ilə əlaqədar verginin dəqiq və düzgün hesablanması üçün dövlət torpaq kadastrının məlumatları zəruridir.
trend.az