Braziliyanın Qoyas ştatındakı Seres şəhərində bəlkə də dünyanın ən bəxtsiz, uğursuz məhbusu cəza çəkir.
Həbsxana kamerasının divarını dələrək qaçmağa və azadlığa qovuşmağa çalışan məhbus divarda açılmış dəliklə bədəninin ölçülərini dəqiq hesablamayıb.
Seresdəki həbsxanada cəza çəkən Rafael Valadao saxlandığı kameranın divarını dələrək çölə çıxmaq, qaçmaq istəyirdi.
Gecənin bir aləmində, həbsxanaya sakitlik çökəndən sonra o, divarda dəlinmiş oyuğa yaxınlaşdı.
Qaçış başlandı. Lakin Valadaonun bədəninin yarısı çölə çıxandan sonra o, ilişib. Sözün əsl mənasında.
Kameradakı iki məhbus qaçışın baş tutmadığını, Valadaonun da inildəyərək yardım çağırmağa başladığını görəndə hay-küy salaraq nəzarətçiləri səsləyiblər.
Nəzarətçilər gəliblər və qımışaraq biçarə Valadaonu xilas ediblər.
Qabırğası sınmış məhbus hospitala aparılıb.
Milli.Az