Kosmosa çıxmış hörümçək öldü
6.12.2012

2012-ci ilin iyulunda Beynəlxalq Kosmik Stansiyaya çıxarılmış ilk həşərat olan hörümçək ölüb.

Nefertiti adlı hörümçək Vaşinqtondakı Milli Təbiət Muzeyində saxlanılırdı.
O, kosmosa çıxmış ilk hörümçək idi.

Nefertitinin kosmosa çıxarılması ilə bağlı layihəni isə Misirdə yaşayan 18 yaşlı tələbə hazırlamışdı.
Nefertiti kosmosda 100 gün qalmışdı. Həmin müddətdə kosmonavtlar hörümçəyin çəkisizlik şəraitində davranışını və həyatını müşahidə etmişdilər.

Kosmosdan qayıdandan sonra Nefertitiyə "Spaydernavt" adı qoyulmuşdu.
Hörümçək kosmosdan qaytarılandan sonra "BioServe Space Technologies" mərkəzində tədqiq olunmuş, sonra Təbiət Muzeyinə verilmişdi.

Milli.Az