Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlər üçün elan etdiyi ssenari müsabiqəsi başa çatıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, müsabiqəyə 50-dən yuxarı sənədli filmin ssenarisi təqdim edilib. Müsabiqə şərtlərinə uyğun ssenarilər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Əvvəlcədən adları məxfi saxlanılan münsiflər bütün ssenariləri qiymətləndirdikdən sonra qaliblərin adlarını açıqlayacaq.
Ümumilikdə, bu ilin sonuna qədər müsabiqəyə dair qiymətləndirmələr, qaliblərin adlarının açıqlanması və bunlarla bağlı bütün tədbirlər yekunlaşacaq.
Qeyd edək ki, münsiflər heyəti üç ssenarini qalib elan edəcək. Qalib ssenarilərin müəllifi pul mükafatı və diplomla təltif olunacaq. Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq 1500, 1000 və 500 manat veriləcək.
azertag.az