Şuşa teatrı yeni tamaşanın premyerasına hazırlaşır
7.11.2017

Noyabrın 13–də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının premyerası olacaq.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimovdur.

Tamaşada Mirzə Ələkbər Sabirin “Bəhri–təvil”, Səməd Mənsurun “Rəngdir” və “Gülməlidir” qəzəllərindən istifadə olunub.

Rolları Əməkdar Artist Azad Məmmədov, aktyorlar Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Teymur Məmmədov, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov və Yaşar Muradov ifa edirlər.

azertag.az