Azərbaycanın gənc pianoçusu beynəlxalq müsabiqədə birinci yeri tutmuşdur
6.12.2012

Azərbaycanın gənc musiqiçisi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 10-cu sinif şagirdi Nərmin Nəcəfli gənc pianoçuların Böyük Britaniyanın Nyukasl şəhərində keçirilən V Beynəlxalq müsabiqəsində birinci yeri qazanmışdır.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu müsabiqəyə qatılan N. Nəcəfli birinci yerə 12-16 yaş qrupu üzrə layiq görülmüşdür.
On beşdən çox ölkəni təmsil edən musiqiçilərin qatıldığı yarışmada II yeri Böyük Britaniya, 3-cü yeri isə Böyük Britaniya, Finlandiya və Çexiyadan olan musiqiçilər tutmuşlar.
N.Nəcəfli cari ildə üç beynəlxalq müsabiqədə iştirak etmiş və hər üçündə qalib olmuşdur.

© AzərTAc