Almaniyanın Frayburq Universitetinin magistrantı Franziska Lengerer Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəaliyyətini davam etdirir.
ADNSU-dan bildiriblər ki, F.Lengerer bu ali məktəbin beynəlxalq əməkdaşlıq şöbəsində və DAAD-ın Bakı ofisində təcrübə keçir. O, universitetdə akademik işlərlə məşğul olmaqla yanaşı, DAAD-ın təşkilatçılığı ilə aparılan bir sıra təlimlərdə də yaxından iştirak edir.
F.Lengerer ADNSU-da ona yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, F.Lengerer ADNSU-da dekabrın 1-dək təcrübə keçəcək.
azertag.az