Azərbaycan futbolunun Avropada təbliğinə xüsusi diqqət yetirən “Qəbələ” klubu bu istiqamətdə daha bir layihəni tamamlamışdır.
Klubdan bildirilmişdir ki, ingiltərəli rejissor Tom Vatt və quruluşçu operator Simon Bissetin “Qəbələ” haqqında çəkdikləri qısametrajlı “Səyahət” filmi artıq hazırdır.
Filmlə bağlı Azərbaycana səfər edən T.Vatt Bakıda və Qəbələdə çəkilişlər aparmışdır. “Səyahət”in çəkilişlərində klub prezidentinin müşaviri Toni Adams da iştirak etmişdir.
© AzərTAc