Keçmiş İran şahının xanımı Facebook-da Azərbaycan aktyorunun fotosunu paylaşıb
6.12.2012

Sonuncu İran şahı Məhəmməd Rza Şah Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi özünün Facebook rəsmi səhifəsində Azərbaycanın xalq artisti Rasim Balayevin fotosunu paylaşıb.

Foto paylaşan zaman səhifəni bəyənənlərə ingilis dilində müraciət də olunub.

“Bu aktyor azərbaycanlıdır, ya iranlı? Zəhmət olmasa, bu artistin adını deyin”.

Yazılan şərhlərdə isə azərbaycanlılar fotodakı aktyorun tanınmış Azərbaycan sənətçisi Rasim Balayev olduğunu yazıblar.


Gün.Az