Moskvanın “Veqas city hall” konsert zalında gənc azərbaycanlı artistlər Nigar Şabanova, Damla, Talıb Tale, Pərviz Bülbülə, Vasif Əzimov və Asif Məhərrəmovun iştirakı ilə maraqlı musiqi axşamı keçirilib. Konsert Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və İncəsənəti Studiyası tərəfindən təşkil edilib.
Studiyanın rəhbəri Samirə Zeynalova qeyd edib ki, konsertdə Azərbaycan musiqisinin bir neçə janr və ifa üslubu eyni vaxtda təqdim olunub. Folklor, muğam və pop musiqisinin sintezi payız axşamını həqiqətən unudulmaz edib. Altı gənc istedadlı azərbaycanlı müğənni eyni səhnəni bölüşüblər. Nigar Şabanovanın ifasında təqdim edilən “Qarabağ şikəstəsi” gecəyə xüsusi rəng qatıb.
azertag.az