Beynəlxalq Dağlar Gününə həsr olunmuş Bakı-Moskva videokörpüsü keçiriləcəkdir
7.12.2012

Dekabrın 10-da Rusiyanın “RİA Novosti” Agentliyinin Beynəlxalq Mətbuat Mərkəzindəki ofisində Beynəlxalq Dağlar Gününə həsr olunmuş Bakı-Moskva videokörpüsü keçiriləcəkdir.
Tədbirdə Böyük Qafqaz sıra dağlarının ekoloji durumu, turizm perspektivləri və iqlim dəyişiklikləri müzakirə olunacaqdır.
Videokörpüdə Azərbaycanı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov və Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov təmsil edəcəklər.
Rusiya tərəfindən tədbirdə tanınmış coğrafiyaşünas Dmitri Botavinin iştirakı nəzərdə tutulmuşdur.

© AzərTAc