Bakıda Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçiriləcək
8.11.2017

Noyabrın 15-də Bakıda Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, tədbir Bosniya və Herseqovinanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək işgüzar görüşdə sənayenin müxtəlif sahələrini təmsil edən Bosniya və Herseqovina şirkətləri iştirak edəcək.

azertag.az