Azərbaycanda uşaqlı ailələrə verilən müavinətlərin artırılması təklif edilir
8.11.2017

Azərbaycanda uşaqlı ailələrə verilən müavinətlərə yenidən baxılması təklif edilir.
Bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Aqiyə Naxçıvanlı Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında çıxışı zamanı bildirib.
"Xüsusilə də 3 yaşadadək uşağı olan ailələrə müavinət artırılsın, 3 il müdətində sabit saxlanılsın", - komitə sədri qeyd edib.
Elm və təhsil Komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, peşə təhlisi və ezamiyyətlər üçün əlavə xərc ayrılmasına ehtiyac var.

report.az