“Eurovision-2013”də iştirakçı ölkələrin siyahısı dekabrın 25-dək açıqlanacaq
7.12.2012

İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision 2013” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin sayı dekabrın 25-dək məlum olacaq.

Bu il iştirakçı ölkələrin sayı ilə maraqlananlar daha çoxdur.

“Eurovision Song Contest”in təşkilati işlər üzrə rəhbəri Sietse Bakker deyib ki, növbəti ilin iştirakçı ölkələrinin siyahısına maraq həmişəkindən çoxdur: “Hansı ölkənin iştirak edib-etməyəcəyi ilə bağlı yazılanlara baxmayaraq, biz dəqiq siyahını gözləyirik. May ayında İsveçdə 38-42 arasında ölkənin iştirak edəcəyini gözləyirik. Dekabrın 25-dək iştirakçı ölkələrin iştirakını təsdiqləyəcəyik və bundan sonra deyilənlərin hansının dəqiq olduğunu biləcəyik”.

APA