Azərbaycanın opera müğənnisi Avstriyada çıxış edəcək
7.12.2012

Tanınmış azərbaycanlı opera müğənnisi Dinara Əliyeva Avstriyadakı yeddinci Rus Balının iştirakçısı olacaq. Tədbir sabah keçiriləcək.

Hər il Hofburq sarayında keçirilən bal Venanın ən nüfuzlu tədbirlərindən sayılır. Tədbir boyunca Şönburn orkestri dirijor Qvido Manzukinin rəhbərliyi ilə müxtəlif musiqilər ifa edəcək.

Milli.Az