Dekabrın 24-də Dənizkənarı Bulvar idarəsi növbəti pulsuz atraksion aksiyası keçirəcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, həmin gün 15 yaşa kimi uşaqlar saat 09:00-dan 13:00-dək attraksionlardan pulsuz istifadə edə biləcəklər.
N. Məcidovun sözlərinə görə, aksiyanın iş günü keçeirilməsində məqsəd şənbə və bazar günləri, yaxud bayramlarda bulvara gələn insanların çox olmasıdır. "Bulvarın cəmi 50-60 işçisi var. Buna görə də bu qədər işçinin çox sayda insanlara qulluq etmək imkanı olmur. Bu saəbəbdən də, aksiya iş günlərində keçirilir".
ANS PRESS