Yuxusuzluq şizofreniliyə aparır
7.12.2012

Britaniyanın Bristol universitetinin tədqiqatçıları hesab edirlər ki, müntəzəm yuxusuzluq şizofreniyaya səbəb ola bilər.Nevroloqlar eksperiment çərçivəsində yuxu zamanı beyinin elektrik fəallığını qeydə alaraq qeyri-müntəzəm yuxunun laboratoriyada gəmiricilərin beyninə təsirini tədqiq ediblər.

Məlum olub ki, yuxunun pozulması öz ardınca beyinin fəallığını dəyişir. Hər şeydən öncə yaddaşın formalaşmanda rol oynayan hippokamlar və qərar qəbul etməkdə cavabdehlik daşıyan alın sümüyü arasındakı məlumatların axını pozulur.

Ekspertlər həmçinin aydınlaşdırıblar ki, yuxudan məhrum olmaq çox hallarda diqqətin bir yerə toplamasını pisləşdirir və stresin səviyyəsini yüksəldir. Uzun müddət yuxusuzluq şizofreniyanın əlamətləri olan hallusinasiya, yaddaşın itməsi və çaşqınlıq təhlükəsi yaradır. Alimlər güman edirlər ki, müntəzəm yuxusuzluq bu xəstəliyin nəinki nəticəsi, hətta səbəbi ola bilər.

http://big.az