Noyabrın 12-də “Əli və Nino” filmi Monteneqronun İctimai Radio və Televiziya Şirkətinin birinci kanalında (RTCG1) bu ölkənin dilində subtitrlərlə nümayiş etdirilib.
Filmin Monteneqroda premyerası Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi, Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə bu il mayında 4-də keçirilib. Böyük marağa səbəb olduğundan film, həmçinin televiziya kanalında da nümayiş etdirilib. İl ərzində filmin daha bir neçə dəfə göstərilməsi nəzərdə tutulur.
azertag.az