Bakıda 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi başlayıb.
Sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də İDEA ictimai birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers" çıxış edir.
Sərgidə dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var.
Tədbir noyabrın 16-dək davam edəcək.
Qeyd edək ki, Caspian Ecology - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbir sayılır.
report.az