Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələri müzakirə olunub.
Müzakirələrdə komitə sədri Hadı Rəcəbli, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iştirak edib, deputatların fikirləri dinlənilib.
Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
report.az