Qazaxıstan hökuməti Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə Azərbaycan, Gürcüstan və Türkiyəyə taxıl ixrac etmək istəyir.
Bu təkliflə "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin prezidenti Kanat Alpısbəyov Bakıda keçirilən Beynəlxalq Transxəzər Nəqlyyat Marşrutu Beynəlxalq Assosasiyası Hüquq Şəxslər Birliyinin ümumi yığıncağında çıxış edib.
Onun sözlərinə görə, gələn il marşrutla 3 mln. tondan çox yük daşına bilər: "Bu il marşrutla 725 min ton yük daşınmasını planlaşdırsaq da, artıq bu ilin ilk 10 ayı ərzində 1 mln. tondan çox yük daşınıb. Bu rəqəmin ilin sonuna 1,3 mln. tona çatması gözlənilir. 2018-ci ildə isə 3 mln. tondan çox yük daşınması proqnozlaşdırılır".
report.az