Azərbaycanda ali təhsil pilləsinin dövlət standartlarında dəyişiklik edilib
10.12.2012

Azərbaycan Nazirlər Kabineti "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nda dəyişiklik edib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, dəyişiklikliyə əsasən, tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. Əvvəl isə 30 saata bərabər olan bir kreditin 15 saatı auditoriya, 15 saatı tələbənin sərbəst işinə görə müəyyənləşdirilirdi.

Bununla yanaşı, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

Trend