Ukrayna və Belarus opera ulduzları Bakıda çıxış edəcək
15.11.2017

Dekabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası növbəti dəfə nümayiş olunacaq. Bu dəfə operasevərlər Karmen partiyasını belaruslu vokal ulduzu Oksana Volkovanın ifasında seyr edəcək.

Teatrdan bildirilib ki, səhnə əsərində, həmçinin Ukrayna Milli Operasının solisti, Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko, habelə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Gülnaz İsmayılova, Əliəhməd İbrahimov, solistlərdən Nina Makarova və Tural Ağasıyev çıxış edəcək.

Operanı Əməkdar Artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

azertag.az