Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsinin növbəti konserti “Bayatı Qacar” və “Şahnaz” muğamlarına həsr edilib.
Konsertdə respublikanın tanınmış xanəndələri -Əməkdar Artist Nuriyyə Hüseynova, Əməkdar Müəllim Qəzənfər Abbasov Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer veriblər.
Xanəndələrin ifa etdikləri muğamlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, icrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş layihənin növbəti konserti noyabrın 29-da “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn” muğamlarına həsr ediləcək.
azertag.az