Dünyanın ən bahalı qəhvəsi fil peyinindən alınır - FOTO
10.12.2012

Dünyanın ən dəyərli qəhvəsi fil peyinindən hazırlanmış qəhvədir. Qəhvə əvvəlcə filə yedirdiləndən sonra onun peyinindən alınır. Filin peyini toplanır, oradan qəhvə hissələri ayrlır, qurudularaq toz halına salınır.

Bu qəhvənin xüsusi bir qoxusu və dadı olduğu deyilir. Alınan qəhvə müəyyən bir ad altında satışa çıxarılır və bunu digər qəhvələrə qatmaq mümkün deyil.

Bu qəhvənin qiyməti 1100 dollardır və dünyada ən bahalı qəhvə hesab olunur. Bu qəhvənin alınması proseduru bir qədər çətin iş olduğuna görə, dünya bazarlarında bu qəhvənin dövriyyəsicəmi 50 kq-dır..

Qeyd edək ki, bu şəkildə qəhvə emalı təkcə fillərə məxsus deyil, dünyada pişik, maral və yarasa peyinindən alınan qəhvə növləri də məlumdur.

ANS PRESS