Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Göyçayın Şəhadət kəndindəki meyvəçilik dayaq məntəqəsində yetişdirilən konfet ağacı növbəti dəfə bar verib.
Məntəqənin direktoru Elçin İsmayılov AzərTAc-a bildirib ki, 1930-cu ildə Çindən gətirilən konfet ağacını Göyçayda yetişdirmək və mühafizə edərək bu günə çatdırmaq mümkün olub. Azərbaycan ərazisi üçün xarakterik olmayan bu meyvə ağacı dəfələrlə qurumaq təhlükəsi ilə üzləşsə də sonralar bərpa edilib və onun sayı artırılaraq üçə çatdırılıb.
“Qırmızı kitab”a salınan ağac xüsusi mühafizə olunur. 10-15 metr hündürlüyü olan ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri dekabrda yetişir. Soyuğa dözümlü olan meyvələri mart ayınadək ağacda saxlamaq olur.
Milli.Az