Beynəlxalq “Mingəçevir Reqatası-2011” keçiriləcək
21.10.2011

Noyabrın 6-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Mingəçevir Reqatası-2011” start götürəcək. Ənənəvi reqatanı Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) birgə təşkil edəcək.
Məqsəd Azərbaycanda avarçəkmə növlərinin inkişafı, əhali arasında populyarlığının artırılması və avarçəkənlərimizin hazırlıq dərəcəsini təyin etməkdən ibarətdir. Həm akademik avarçəkənlər, həm də kayak və kanoeçilərin mübarizəsinə 18 yaşadək, 23 yaşadək və daha yuxarı yaşlı qadın və kişilər qatılacaqlar. Bütün mükafatçılar Gənclər və İdman Nazirliyi və AMAF tərəfindən diplom və medallarla təltif olunacaqlar.