Parlamentin mədəniyyət komitəsinin iclasında bir sıra qanun layihələri barədə müzakirələr aparılıb
16.11.2017

Noyabrın 16-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.

Komitənin sədri Rafael Hüseynov gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda İnzibati Xətalar Məcəlləsində, “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri ilə bağlı müzakirələr aparılıb.

‪Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

azertag.az