Dünən gecə saat 23.10 radələrində Bayıl səmasında bir neçə sakin naməlum uçan obyekt görüb.
Publika.Az xəbər verir ki, gecə ilə sosial şəbəkələrdə yayılan bu xəbəri bir neçə nəfər təsdiqləyib.
2 sarı parlaq rəngdə siqar formasında sürətlə uçan obyekt horizontal şəkildə dövr edib 1 dəqiqə ərzində səmada görünüb.
Bayılda yaşayanlar belə görüntünün ilk olmadığını bildirirlər.