Azərbaycanda 2013-cü ildən çörək məmulatları üzrə standartların tətbiqinə başlanacaq
10.12.2012

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək məhsulları üzrə yeni standart hazırlayıb. Bu barədə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bazar ertəsi jurnalistlərə bildirib.

"Standartın ilin sonunadək qəbul ediləcəyi gözlənilir və gələn ildən onun praktiki tətbiqinə başlanacaq", - Talıblı deyib.

Onun sözlərinə görə, çörəkxanalar üçün çörəyin bişirilməsi vaxtı çörəyin çəkisinin seçimi sərbəst, amma onun qablaşdırılması məsələsi aktual olacaq.

Trend