Dünən keçirilən Los Anceles Film Tənqidçiləri Assossasiyası mükafat mərasimində ilin ən yaxşı filmləri müəyyənləşib.
ANN.Az-ın “CBS News”-a istinadən verdiyi xəbərə görə, rejissor Mixael Hanekenin fransız dilində çəkilən “Məhəbbət” filmi 2012-ci ilin ən yaxşı filmi seçilib.
İkinci Dünya Müharibəsindən sonra əlilə çevrilən bir şəxsin həyatından bəhs edən “The Master” filminə görə isə Pol Tomas Anderson ən yaxşı rejissor seçilib. Filmdə baş rolda oynayan Hoakin Feniks ilin ən yaxşı aktyoru, Emi Adams isə ən yaxşı köməkçi aktrisa mükafatına layiq görülüb.
Ən yaxşı aktrisa mükafatını isə Cennifer Lourens və Emmanuell Riva bölüşüb.
VİDEO