“Apple” korporasiyası gələn il “iPhoneX” bazasında 3 yeni smartfon buraxa bilər.
“Macrumors” portalına istinadən verilən xəbərə görə, bu barədə “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kou bildirib. Onun proqnozuna əsasən yeni modellərdən ikisi 5,8 və 6,5 düym diaqonala malik OLED-displeylə, üçüncüsü isə 6,1 düym LCD displeylə təchiz olunacaq.
Dizayn baxımından hər üç smartfon “iPhone X”a bənzəyəcək. Bundan başqa, onlar “True Depth” kamerasına sahib olacaq. LCD-modelin qiyməti 649-749 dollar arasında dəyişəcək. OLED modellərin isə qiyməti açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl KGI Securities” proqnozlaşdırmışdı ki, “Apple” şirkəti “Touch ID” (smartfonun barmaq izi ilə blokdan açılması) texnologiyasından tam imtina edərək smartfon sahibini üzdən tanıyan “Face ID” texnologiyasına keçəcək. Bu proqnoz özünü doğruldub.
lent.az