Moldovalı rəssamların əsərləri İçərişəhərdə sərgilənəcək
20.11.2017

Noyabrın 22-də İçərişəhərdə - “Art Tower” qalereyasında moldovalı rəssamlar İon və Yuliya Karkilanın sənət əsərlərində ibarət “Moldova gül poeziyasında” adı rəsm sərgisi açılacaq.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, eləcə də Moldovanın ölkəmizdəki səfirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

O bildirib ki, dünya şöhrətli rəssamların sənət əsərləri indiyədək dünyanın ən məşhur rəsm qalereyalarında nümayiş olunub. Daha çox akvarel janrında əsərlərin müəllifi kimi tanınan rəssamların Bakıda sözügedən məkanda 30-dan çox sənət əsərləri nümayiş ediləcək. Sərginin üç gün davam edəcəyi nəzərdə tutulur.

azertag.az