Beynəlxalq Bankdan ədliyyə işçiləri üçün özəl kampaniya
20.11.2017

Ədliyyə işçilərinin doğma bankı olan Azərbaycan Beynəlxalq Bankı 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə yeni kredit kampaniyasına start verib.

Bankdan verilən məlumata görə, 20 noyabr tarixindən 30 noyabr tarixinə qədər davam edəcək özəl kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı kartına sahib hər bir ədliyyə işçisi nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

• Kreditin məbləği - 15.000 manatadək

• Kreditin müddəti - 36 ayadək

• İllik faiz dərəcəsi - 2% endirimlə / 25%-dən başlayaraq

• Kredit 5000 manata qədər olduqda - zaminsiz

• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

trend