Günün qoroskopu
11.12.2012

Qoç - Əhəmiyyətli heç nə baş verməsə də, gün xoş təsir bağışlayacaq. Məşğul olduğunuz işlərin tam əksəriyyəti sizdə razılıq hissi yaradacaq. Görüşlər keçirərkən imkanlarınızı dəqiq dəyərləndirin. İşdə qarşınızda yeni parspektivlər açılır, onları əldən verməyin. Yeni tanışlıqlar az sonra faydalı olar.
Günün ikinci yarısı əks cins mənsubu ilə təmaslar üçün düşərlidir. Həmin şəxsdən əhəmiyyətli məlumat ala bilərsiniz. Evdə qayda yaradın, gərəksiz əşyalardan qurtulun.
Hələ də düşünürsünüz ki, əhəmiyyətli heç nə yaşanmır?!

Buğa - Günün maliyyə mənzərəsi o qədər sərfəli olmadığından ciddi narahatlıq keçirməyə dəyməz. Pul əldə etməyin vasitələrini və yollarını düşünürsünüz. Düşüncələrlə pulu yalnız ssenaristlərlə filosoflar qazanırlar, bunu unutmayın və konkret işə başlayın.
Yaranmış çətin vəziyyəti təhlil edərək problemləri çözməyin yollarını tapmaq əvəzinə heç nə olmamış kimi davranmayın.
Özünüzü aldatmayın: passiv olsanız, vəziyyətdə heç bir fərq yaranmayacaq.
Gün ərzində hüquqi problemlərin həlli ilə məşğul olmaq məsləhətli deyil. Sənədləşdirmə zamanı problemlər yarana bilər. Aldığınız təkliflər ilk baxışdan cazibədar təsir bağışlaya bilər. Lakin belə deyil. Cavab verməzdən əvvəl yaxşıca düşünün.

Əkizlər - Gün asan və uğurlu olmasa da, qarşınıza çıxacaq maneələri aşacaq, sədləri dəf edəcəksiniz. Soyuqqanlı və məntiqli davranın. Ən cüzi informasiyaya malik olsanız belə, yaşanan hadisələri emosiyasız, tələsik dəyərləndirməyin. İş yeri və ya köçlə bağlı qərarlar qəbul etmək olar.
Yaxın ətrafınızdakı insanlar işlərinizə qarışmağa cəhd edəcəklər, hətta təsir və təzyiqlər də olacaq. Şübhəli layihələrə və işlərə pul yatırmayın. Bələd olmadığınz insana hədiyyə verməyin.

Xərçəng - Hissiyatınızı dinləsəniz, bu gün uğur qazana bilərsiniz. Nə etmək lazım olduğunu düşünün, səhvə yol verməyin. Başqaları fikirləşəndə siz artıq işə başlayın və əməllərinizin effektiv olmasına səy göstərin. Praktiki məziyyətli istənilən məsələləri asanlıqla həll edə bilərsiniz.
Yaxınlarınıza və qohumlarınıza kömək, yardım üçün əlverişli gündür. Onların işləri ilə məşğul olarkən həmin adamlar da sizə yardım edəcəklər. Sadəcə, özünüzü düşünməyin. Eqoist olsanız, axşam saatlarında nəticə ilə qarşılaşa bilərsiniz.

Şir - Maraqlı perspektivlər vəd edən xoş gündür. Kiçik hədəflərlə kifayətlənməyin. Məqsəd və hədəfləriniz nə qədər böyük olarsa, əldə etdiyiniz uğur da bir o qədər əhəmiyyətli ola bilər. Uzunmüddətli planlaşdırma, perspektiv layihələr üçün əlverişli gündür. Hadisələrin inkişaf məcrasını əvvəlcədən görməyə, bu və digər təşəbbüsün real perspektivlərini dəyərləndirməyə səy göstərin.
İnadkar, qətiyyətli olun, şəxsi həyatınızda yaranmış problemi həll edin. Axşam saatlarını dostlarla birlikdə keçirə bilərsiniz.

Qız - Bu gün dürüst qərar verərək, etibarlı köməkçi seçə bilsəniz, uğura nail ola bilərsiniz. İşi görmək üçün yaxşı tanıdığınız, bələd olduğunuz adamla çalışın. Yeni tanışlar və ya işlə bağlı qarşılaşacağınız insanlar sizi yanlış anlaya bilərlər. Bəziləri isə vəziyyətdən sui-istifadə edərək sizdən yararlanmaq, ya da öz maraqlarını təmin etmək üçün sizi aldada bilərlər.
İş yerinin dəyişməsi, ya da yeni vəzifə və səlahiyyətlər, tapşırıqlarla bağlı müzakirələrə başlamaq olar. Günün ikinci yarısı təmaslar və ünsiyyət üçün əlverişlidir. Rəsmi görüşlər, danışıqlar, müzakirələr mümkündür. Romantik görüş də istisna deyil. Axşam saatlarında qonaqlar gələ bilər.

Tərəzi - Bu gün sizi maraqlı görüşlər, mühüm müzakirələr və söhbətlər gözləyir. Ailə problemləri və ev işləri vaxt ala bilər. Bu işlərin işgüzar sahədəki məqamlara mane olmasına imkan verməyin.
Həmkarlarınızla münasibətlərdə fikir ayrılıqları yaransa da, kompromisi asanlıqla tapa bilərsiniz. İş yoldaşlarının hamısının xoşuna gəlməyəcək addım atacağınız istisna deyil. Yaxın bildiyiniz adamlara yardım edin, dostların problemlərinin həllində onlara dəstək verin.
Axşam saatlarında dəvət aldığınız yerə gedin, istirahət edin, əylənin.

Əqrəb - Yetərincə məhsuldar və maraqlı gündür. İstənilən, hətta ən çətin problemin həllinə başlayın. Yaxın ətrafınızdakı insanların həsəd apara biləcəkləri nəticələrə nail ola bilərsiniz. Məhsuldar əməkdaşlığın başlanması və ya cazibədar iş təklifinin alınması mümkündür. Bu təklif reallaşarsa, işdə vəzifəniz arta bilər.
Birmənalı olmayan və qarışıq münasibətlərdəki vəziyyəti normallaşdırmaq imkanı yaranıb. Bundan sonrakı münaqişələrin qarşısını almaq üçün şansdan yararlanın. Özünüzdən narazı qalmayın, zəif və qorxaq adam təsiri bağışlamayın.

Oxatan - Mürəkkəb işlərin həlli, intellektual fəaliyyət üçün uğurlu və əlverişli gündür. Minimal informasiyaya malik olsanız belə, doğru qərarlar verin və yanlış addımlar atmayın. Belədə ətrafdakı insanlarla müqayisədə üstünlüyə malik ola bilərsiniz. Haqlarında düşündüyünüz və narahat olduğunuz köhnə dostlar, tanışlardan mühüm xəbərlər ala bilərsiniz.
Şəxsi həyatla bağlı çətin suallara cavab vermək üçün vaxt sərf etməli olacaqsınız. Çətin vəziyyətdən çıxış yolu aydın deyil. Bir neçə uğursuz cəhddən sonra çıxış yolu tapılacaq.
Gərəksiz risk etməyin.

Oğlaq - Bu gün qeyri-müəyyən və standart olmayan vəziyyətlər yaranacaq. Çətinliklə qarşılaşdığınızı hiss etsəniz də, pərişan olmayın, çəkinməyin, zəiflik hiss etməyin. Sizə verilən məsləhətləri dinləyin: onların bəziləri ağıllı və məntiqli ola bilər. Bu gün ağlınıza gələcək biznes-ideyaları olduğundan artıq dəyərləndirməyin. Çünki onlar sizə gəlir və ya mənfəət əvəzinə, yalnız problemlər bəxş edə bilər.
Alış-verişdə bədxərclik etməyin, gərəksiz xərclər və pullarla risk etməkdən uzaq olun.
Ailə üzvləri və yaxınlarınızla münasibətlərinizdə sərt məqamlar yarana bilər. Başqalarının dediklərinə və ya məlumatlarına tam inanmaq əvəzinə, deyilənləri təhlil edin.
Sevdiyiniz insanla bağlı yanlış qərar verməyin.

Dolça - Ətrafınızdakı insanların xətrinə dəyməyin, səbəbsiz münaqişə və ya mübahisələrə səbəb olmayın. Hər dəvət olunan yerə qatılmayın, həmin yerlərə kimlər tərəfindən çağırıldığınıza önəm verin. İşdə rəhbərliklə ciddi fikir ayrılığı yarana bilər. Hətta iş yerini dəyişmək barədə də düşünə bilərsiniz.
İşgüzar danışıqlar, maliyyə məsələləri ilə bağlı müzakirələr çətin olmayacaq. Yeni iş və ya layihənizlə bağlı maliyyə dəstəyi ala bilərsiniz. Əşyalarınızı gözdən uzaqda qoymayın. İtki və ya oğurluq baş verə bilər. Axşam saatlarını ailə üzvləri və ya sizə əziz olan insanla keçirin.

Balıqlar - Emosiyalarınızın əsiri olmasanız, bu gün çox işlər görə bilərsiniz. Hisslərinizi nəzarətdə saxlamaq çətindir, amma mümkündür. Həyat təcrübəsi zəngin olan yaşlı insanların məsləhətlərinə qulaq assanız, yanılmazsınız. İşdə sizin üçün yeni imkanlar yarada biləcək məlumat və ya informasiya ala bilərsiniz.
Ailə üzvləri və yaxınlarla təmaslarda eyhamlar, işərələr, üstüörtülü məqamlardan çəkinin. Düşündüklərinizi açıq deyiin. Bu günlərdə çox xırda məsələyə görə münasibətlərinizdə sərinlik yaratdığınız insanla barışın.

Milli.Az