Türkiyədə qeyri-adi hadisə - FOTO
11.12.2012

Türkiyənin Mərsin vilayətində dolu yağması qeyri-adi hadisə ilə yadda qalıb. Vilayətin Tarsus rayonunda yağan dolu o qədər güclü olub ki, yaşayış binalarındakı bir çox mənzilləri də, sözün əsl mənasında, dolu basıb.

Sakinlər hamam otaqlarına daxil olduqda içərinin dolu ilə dolduğunu görüblər. Dolu hamam otaqlarındakı kranlardan və bütün dəliklərdən içəri fışqırıb.

Bəzi binalarda dolu 3-cü, bəzilərində isə hətta 11-ci mərtəbəyə kimi qalxıb. Tarsus rayon bələdiyyəsinin işçiləri isə yollarda kanalizasiya boşluqlarını yoxlamağa başlayıb.

ANS PRESS