İtaliyada Azərbaycan mətbəxi festivalı keçiriləcək
21.11.2017

Roma şəhərində noyabrın 29-da ilk dəfə Azərbaycan mətbəxi festivalı açılacaq.
İtaliya KİV-inə istinadən xəbər verilir ki, festival qonaqları Azərbaycan mətbəxinin ənənəvi yeməklərini dadmağa imkan tapacaqlar.
Festivala Azərbaycan milli mətbəxinin dolma, dovğa, plov, paxlava və s. kimi yeməkləri, həmçinin Azərbaycandan gətirilən şərablar təqdim olunacaq.

report.az