Bakıda iranlı xanım rəssamların əsərləri sərgilənəcək
21.11.2017

Noyabrın 24-dən etibarən 10 gün müddətində Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda İran İslam Respublikasının tanınmış üç xanım rəssamının sənət əsərləri sərgilənək.

Sərgi İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Əlaqələri Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə mərkəzin rəsmisi Əlirza Behbudi məlumat verib: “Sərgidə İran müasir rəssamlığına aid müxtəlif mövzulu sənət əsərləri yer alacaq. Ekspozisiyada xanım rəssamlar Haniye Azmudi, Məhvəş Suheyli və Fatimə Qəvaminin ümumilikdə 60-dək sənət əsəri nümayiş olunacaq. Təşkil ediləcək sərgi iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olacaq. Ümid edirəm ki, gələcəkdə qarşılıqlı olaraq belə sərgilərin təşkili mövcud sahədəki əməkdaşlığı daha da irəliyə aparacaq”.

azertag.az