Bakıda ilk dəfə, məktəb yaz tətilləri günündə və Novruz bayramında uşaqların sevimlisi Vitya Dayı, "Spokoynoy noçi, malışi!" proramının aparıcısı, Rusiya Dövlət mükafatı laureatı, Rusiya "Qızıl qartal" mükafatı laureatı, məşhur aktyor Viktor Nikolayeviç Bıçkov və "Papa Karlo" prodüser mərkəzi "Vitya Dayı və onun dostlarının televiziya macəraları" musiqili tamaşasını təqdim edir. Tamaşa 22, 23 və 24 mart Rus Dram Teatrında göstəriləcək. Tamaşalar 12:00 və 15:00-da başlayır.
Tamaşada iştirak edirlər: "Spokoynoy noçi, malışi!" proramının aparıcısı -Vitya Dayı (Dövlət mükafatı laureatı, Rusiya "Qızıl qartal" mükafatı laureatı, aktyor Viktor Bıçkov ("Milli ovçuluğun xüsusiyyətləri", "Ququ quşu"), Reklama Reklamovna (bu ki Klava xaladır) -Sankt -Peterburq səhnəsinin əvəzsiz aktrisası, məşhur "Hiyləgərlər" kloun kollektivinin iştirakçısı, "Sınmış fənərlər küçəsi"ndə mayor Dukalisin bacısı -Natalya Paraşkina.
Mərkəzi Televiziyanın ulduzları -canlı Xryuşa, Stepaşka, Filya Karkuşa və Mişutka.
Bu, yalnız uşaqlar üçün deyil, bütün valideynlər, nənələr və babalar üçün də gözəl hədiyyədir. Sizin ən məşhur uşaq verilişinin qəhrəmanlarının televizor ekranında deyil, canlı olaraq görmək imkanınız olacaq. Tamaşaya gələrək uşaqlarınıza Vitya Dayı və sevimli qəhrəmanlar -Xryuşa, Stepaşka, Filya Karkuşa, Mişutka ilə unudulmaz anlar yaşaya bilərsiniz.
Verilişin kifayət qədər yaşı (46 il) olmağına baxmayaraq "Vitya Dayının və onun dostlarının televiziya macəraları" çox aktualdır.Verilişdə uşaqlara aid müasir dünya məsələləri müzakirə olunur: müasir televiziya xeyirdir, yaxud ziyan, "balaca adam" nəyə baxa bilər, nəyə yox? Bütün reklam edilən məhsullar xeyirlidirmi? Hamı kimi olmaq yaxşıdır, yoxsa başqalarından fərqlənmək? Bütün bu suallara tamaşanın qəhrəmanları -Xryuşa, Stepaşka, Filya Karkuşa və Mişutka cavab verir, Vitya Dayı isə onlara kömək edir. Qəhrəmanlarla birlikdə gözəl, lakin çox təhlükəli "Müasir televiziya aləmi"nə düşəcəksiniz. Vitya Dayıya dostları xilas etməyə kömək edəcək, hiyləgər "Reklama Reklamovna"nın hərəkətlərinə güləcək, oxuyacaq və oynayacaqsınız. Əfsanəvi Şərqə, Kosmosa və hətta Gələcəyə səyahət edəcəksiniz... Tamaşanın bütün sirlərini açmayaq. Yüz eşitməkdənsə, bir görmək yaxşıdır!!!
"Televiziya macəraları" -layihənin müəllifi və rejissoru Polina Belinskaya bu nadir layihənin janrını məhz belə adlandırır. Polina Belinskaya artıq 5 ildir ki, "Spokoynoy noçi, malışi!" proqramı üçün süjet yazır.
Tamaşa xüsusi olaraq uşaqlar üçün yaradılıb. Onun yaradılmasında məşhur uşaq psixoloqları, həkim loqoped iştirak edib. Tamaşamız bir çox suallara cavab verir. Ümid edirik ki, tamaşa balacalara, onların valideynlərinə, baba və nəvələrinə, tərbiyəçilərə və müəllimlərə maraqlı olacaq.
Tamaşa iki pərdəlidir.
http://citylife.az